Əziz gənclər!

“Gənclərin Maarifləndirilməsinə Dəstək” (GMD) İctimai Birliyi 2026-cı ilin ikinci Təcrübə Proqramını elan edir!

 

Bu proqram çərçivəsində siz aşağıdakı sahələrdə praktiki təcrübə və bacarıqlar qazanacaqsınız:

         Gənclərlə iş və ictimai fəaliyyətlərin təşkili

         Layihələrin yazılması və idarə olunması

         Sosial medianın marketinqi və idarə edilməsi

 

Proqram müddəti: 3 ay

Proqramı uğurla başa vuran təcrübəçilərimiz sertifikatla təltif olunacaqlar.

 

Proqramda iştirak üçün namizədlər:

Reklam

        17–24 yaş arası, enerjisi və hədəfləri aydın olan gənclər

        Yüksək səriştəyə malik, işini peşəkarlıqla yerinə yetirən

        Təşəbbüskar və məsuliyyətli, yeniliklərə açıq olan

        Komanda oyunçusu, birgə işdən həzz alan

        Öyrənməyə və inkişaf etməyə həvəsi olan, daim motivasiyalı

 

 Bu proqram sizə ictimai fəaliyyət sahəsində təcrübə toplamaq, yeni bacarıqlar qazanmaq və peşəkar şəbəkənizi genişləndirmək üçün unikal fürsət təqdim edir!

 

Qeyd: Dəyərli təcrübənizi artırmaq və təşkilatımızın gələcək addımlarında bizimlə birlikdə uğura imza atmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.