Mütaliəni sevirsən və yaşadığın şəhərdə kitab icması qurmaq istəyirsən?
“Bölgə Oxucuları” layihəsi Mingəçevir və Lənkəran gənclərini yeni kitab klublarının qurulmasında iştirak etməyə dəvət edir.
Məkan: Lənkəran və Mingəçevir Gənclər Evləri
Tarix:
28 noyabr, saat 12:00 – Lənkəran Gənclər Evi
29 noyabr, saat 15:00 – Mingəçevir Gənclər Evi
Hədəf qrup: 16-29 yaşlı gənclər (hər şəhərdən 25 iştirakçı)
İştirakçılara: loqolu qovluq, bloknot, qələm və rəsmi iştirak sertifikatı təqdim olunacaq. Hər bölgədəki görüşdə aktiv olan 2 nəfərə 4GB həcmində USB məlumat daşıyıcısı veriləcək.
Seçilən iştirakçılarla “Lənkəran Oxucuları” və “Mingəçevir Oxucuları” kitab klubları təsis ediləcək. Qeydiyyatdan keçin, bu klubların ilk üzvləri siz olun!
Qeydiyyat linki:
https://forms.gle/TzrwWdeBRi1PeR2k8
Layihə rəhbəri: Yasin Məmmədov
“Bölgə Oxucuları” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
Layihənin tərəfdaşları "Azərbaycan Oxucuları" Kitab Klubu, Lənkəran Gənclər Evi və Mingəçevir Gənclər Evidir