Təcrübəli və yaradıcı Rəqəmsal Marketinq Mütəxəssisi vakansiyası



Vəzifə öhdəlikləri:



- Şirkətin veb-saytı üçün keyfiyyətli və orijinal kontentlər yazmaq;
- “MPAY” mobil tətbiqi üçün izah edici mətnlər yazmaq (UX writing);
- Kopirayter və dizayner ilə birgə çalışaraq sosial media postlarının hazırlanmasını həyata keçirmək;
- Yeni kontent ideyaları yaratmaq üçün müxtəlif komandalarla əməkdaşlıq etmək;
- Dəqiqlik, aydınlıq və göstərilən qaydalara riayət etmək üçün kontenti yoxlamaq, redaktə etmək;
- Meta Ads Manager ilə işləmək.



Tələblər:



- Bakalavr dərəcəsi (marketinq, iqtisadiyyat, menecment və ya uyğun sahələr);
- Uyğun sahə üzrə minimum 1 il təcrübə;
- Rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı (Meta Business Suite, Meta Ads Manager, SEO, sosial media idarəetmə alətləri);
- Yüksək səviyədə ingilis dili və ya rus dili mütləqdir.



İş şəraiti:



- Ofis daxili iş rejimi;
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Rəqəmsal marketinq mütəxəssisi” yazılmalıdır.

Reklam

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.