Rezervasiya üzrə menecerin asisstenti vakansiyası aktivdir. (ibis Baku City Hotel)



Vəzifə öhdəlikləri:
• Nömrələrin Rezervasiyası, Qiymət Təklifləri və Otel barədə sualları telefon, faks və ya e-poçt vasitəsi ilə tez və peşəkarcasına cavablandırmaq;
• Rezervasiya ilə bağlı nömrələrin təsdiq edilməsinin tez və dəqiq qeydiyyatını təmin etmək;
• Otaqlardan gələn gəliri artırmaq məqsədilə Gözləmə siyashısında olan Rezervasiyalara (Waitlisted Reservations) nəzarət etmək və yenidən baxış keçirtmək;
• Bütün şöbədaxili təlimatları, siyasəti başa düşmək və onlara riayət etmək;
• Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Namizədə dair tələblər:
• Müvafiq vəzifə üzrə təcrübə;
• Microsoft Windows kompüter proqramlarını bilmək; 
• Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
• Ətrafdakılarla münasibət qurmaq və problemləri həl

l etmək qabiliyyətinə malik olmaq;
• Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
• Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
• Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək və Azərbaycan dillində mükəmməl (İngilis və rus dillərində yaxşı) səviyyədə ünsiyyət qurmaq; 
• Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq. 

İş şəraiti:
• Şirkət ünvanı: Xətai rayonu, Xocalı prospekti 64 ( İbis Baku City Hotel );
• Əmək haqqı: İşçinin peşəkarlıq səviyyəsinə uyğun olaraq müəyyən ediləcək;
• İş qrafiki: Növbəli iş qrafiki;
• Nahar şirkət tərəfindən verilir.

Müraciət forması: 
Qeyd olunan tələblərə cavab verən namizədlər [email protected] e-mail ünvanına “Rezervasiya üzrə menecerin asisstenti” başlığı altında CV nümunələrini göndərməklə müraciət edə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.