İstedadlı gəncləri “Gənclər səhnəsi”ndə gözləyirik!

2 fevral - Azərbaycan Gəncləri Gününün gənclər arasında geniş şəkildə qeyd olunması məqsədilə Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə yanvarın 26-dan "Gənclər həftəsi"nə start verilir.

Həftə ərzində respublikanın bütün rayon və şəhərlərində gənclərin iştirakı ilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılma mərasimi, görüşlər, mədəni-kütləvi tədbirlər, forumlar, müsabiqə, yarmarka və müxtəlif aksiyalar keçiriləcək.

"Gənclər həftəsi" çərçivəsində təşkil olunacaq daha bir tədbir "Pasha Malls"un tərəfdaşlığı ilə keçirilən "Gənclər səhnəsi" olacaq. Eyni vaxtda iki məkanda - Gənclik Mall və Dəniz Mall ticarət və əyləncə mərkəzlərində qurulacaq səhnələrdə istedadlı gənc ifaçılar yer alacaq.

"Gənclər səhnəsi" yanvarın 26-dan fevralın 1-dək, hər gün saat 18.00-dan 19.30-dək fəaliyyət göstərəcək.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.