Vəzifə: Aparıcı mütəxəssis (psixoloq)
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minumum 2 il iş təcrübəsi
Təhsil: Bakalavr
İxtisas: Psixologiya
Yaş həddi: 23 - 50 yaş  
 
Vəzifə öhdəlikləri:
-Reabilitasiya işinin effektiv təşkili ilə bağlı beynəlxalq yanaşmaların araşdırılması və tətbiq olunan yeni metodların Reabilitasiya müəssisələri üzrə tətbiq keyfiyyətlərinə nəzarət edilməsi;
-Reabilitasiya sahəsi üzrə elektronlaşdırma ilə bağlı təkliflərin hazırlanması. Reabilitasiya alt sistemi üzrə proqram təminatının tətbiqi, işləmə mexanizmlərinin qurulması və optimizasiyası üzrə işlərin təşkil edilməsi;
-Əlilliyi olan şəxslərin Reabilitasiya Mərkəzlərinə əlçatanlığının artırılması məqsədilə yeni layihələrin hazırlanılması;
-Müvafiq sahə üzrə sifariş verilmiş işlərin və xidmətlərin təsdiq olunmuş tələblərə uyğunluğunun yoxlanılması və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsi;
-Reabilitasiya Müəssisələri üzrə xidmət keyfiyyətinin artırılması, təklif və şikayətlərin toplanılması məqsədilə dövri məmnuniyyət sorğularının keçirilməsi və nəticələrin analiz edilərək rəhbərliyə təqdim olunması;
-Rəhbərlik tərəfindən tələb olunan müxtəlif və spesifik hesabatların hazırlanması;
-Reabilitasiya mərkəzləri üzrə xidmət sayları ilə bağlı həftəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
-Nəzərdə tutulmuş işlər və layihələr üzrə reabilitasiya mərkəzlərində təlimlərin təşkil edilməsi və bu kimi işlərin koordinasiya edilməsi;
-Sosial Psi

xoloji Reabilitasiya sahəsinin inkişafı üzrə təkliflərin verilməsi;
Layihə üzrə kadr ehtiyatlarının dəyərləndirilmələrinin aparılması və uyğun kadr təmini ilə bağlı təkliflərin verilməsi;
-Müəssisələrin iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak edilməsi;
-Şöbəyə fəaliyyəti ilə bağlı sənəd, məktub və əmr layihələrinin hazırlanması;
-Şöbənin fəaliyyət sahəsinə aid daxili və xarici yazışmaların həyata keçirilməsi;
-Reabilitasiya altsistemi üzrə tələb olunan yeni modulların tətbiqi ilə bağlı işlərin podratçı şirkət ilə koordinasiyalı şəkildə qurulmasının təşkili, o cümlədən, reabilitasiya mərkəzləri üzrə altsistemin effektli tətbiqinin təşkili üçün təlimlərin koordinasiya edilməsi, işlərə nəzarət edilməsi və bu sahə üzrə təkliflərin hazırlanması;
-Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqların yerinə yetirilməsi.
 
Tələblər:
Komandada işləmək bacarığı;
Həssas əhali qrupları ilə işləmək bacarığı;
Stress vəziyyətlərinin idarə edilməsi bacarığı;
Microsoft windows, word, excel və powerpoint proqramlarından sərbəst istifadə bacarığı;
 
Əmək haqqı 1300-1600 AZN
Təminatlar:
İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
Kollektiv mükafat.
İş qrafiki: 5 günlük – 09:30–18:30
 
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.