Şirkət: SAMADOV Law and Audit
Vakansiya: Hüquq və Audit sahəsində şirkətin korporativ satışını həyata keçirəcək “Satış meneceri”
Əmək haqqı: sabit əmək haqqı 500 + bonus sistemi
Tələblər:
- Xidmət sahəsində (konsaltinq, təlim ,təhsil və s.) satış üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Öz müştəri bazasının mövcud olması – arzu olunandır;
- Ünsiyyətcil, təqdim etmə və inandırma bacarığı;
- Məsuliyyətli, punktual, dürüst və xoş görünüşlü;
- Komandada işləmək bacarığı;
- Yaş həddi 22 - 30;
- Problemləri həll etmə bacarığı;
- Ali təhsil;
- Azərbaycan dili mükəmməl, rus dili və ingilis dili danışıq səviyyəsində bilməli;

Vəzifələr:
- Mövcud müştəri bazası ilə işləmək və müştərilərlə əlaqələrin qurulması;
- Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək;
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Şirkətin rəhbə

rliyinə görülən işlər barədə hesabat verilməsi;
- Şirkətin xidmətləri haqqında ətraflı biliklərin mənimsənilməsi;
- Müxtəlif satış kanallarından istifadə (Telemarketinq, birbaşa satış);
- Potensial müştəri ilə e-mail, LinkedIn, telefonla ilkin əlaqənin qurulması;
- İşgüzar görüşlərdə, team-building, networking tədbirlərində iştirak;
- Müştəri məmnuniyyəti və etiket qaydalarından istifadə;
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
- Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımları həyata keçirmək;

İş şəraiti:
- AR əmək məcəlləsinə əsasən sənədləşmə; 
- İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 9:00 – 18:00
- Karyerada inkişaf imkanları.
- Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] mail ünvanına mövzu hissəsinə “Satış Mütəxəssisi” qeyd edərək göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.