Avropa İttifaqının maliyyə dəstəyi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində Resource HUB-ın əməkdaşlığı ilə HeForShe Azərbaycan “Kişilər gender bərabərliyi üçün fəaliyyətdə” proqramını elan edir.

Layihə kişilərin gender bərabərliyinə töhfələrini artırmaq, HeForShe dəstəkçilərini təlimlər və icma işləri ilə səlahiyyətləndirmək məqsədi daşıyır.

Proqram 3 hissədən ibarətdir və Bakı, Lənkəran, Zaqatala və Gəncədən olan 17-24 yaşlı gender bərabərliyinə töhfə vermək istəyən kişi iştirakçılar üçün nəzərdə tutulmuşdur.

9,10,11 May Bakıda 3 günlük intensiv təlim proqramı həyata keçiriləcək, İyun ayında proqram iştirakçıları öz toxum təşəbbüslərini reallaşdıracaq, İyulda isə proqramın rəsmi bağlanış konfransı baş tutacaq.

Layihəyə müraciət üçün qeydiyyat formunu doldurun:

https://docs.google.com/.../1FAIpQLScrYoQjOvBvcG.../viewform

Son müraciət tarixi: 30 Aprel, 23:59

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.