Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

 

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinin keçirilməsinə başlanılıb. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri üçün təşkil olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 4 ay davam edəcək proqramda nəzəriyyə ilə yanaşı, praktiki dərslər də təşkil olunacaq və sonda XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası üçün seçmə imtahanı keçiriləcək. Seçilən şagirdlərdən ibarət komanda ölkəmizi avqustun 11-dən 21-dək Hindistanda keçiriləcək olimpiadada təmsil edəcək.

Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyilə baş tutur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.