Xəzər Universiteti Tədris departamentinə assistent vəzifəsinə vakansiya elan edir

Departament assistenti departament rəhbərliyi altında aşağıdakı fəaliyyətləri həyata keçirəcəkdir:

  • Bakalavriat, magistratura və doktorantura səviyyələrində  təhsil alan təhsilalanlara zəruri olan texniki dəstəyin, fərdi konsultasiyanın təşkilini təmin etmək;
  • Semestrin və tədris ilinin sonunda təhsilalanların illik attestasiyası və nailiyyətlərinin təhlilinin hazırlanması, sənədləşdirmə işlərini həyata keçirmək;
  • Bakalavriat, magistratura və doktorantura səviyyələrində  təhsilalanların departamentlə koordinasiyalı işini təşkil etmək və nəzarət etmək;
  • Departamentin fəaliyyəti ilə bağlı sənədləşdirmə işlərini həyata keçirmək;
  • Təhsilalanların və məzunların məlumat bazasını hazırlamaq və yeniləməklə davamlı əlaqə saxlanılmasını həyata keçirmək;
  • Departamentin iclas protokollarını hazırlamaq;
  • Digər kargüzarlıq işinin təşkilinin düzgün aparılmasını həyata keçirmək

Tələb olunan bilik və bacarıqlar:

  • Departamentin profilinə uyğun magistr dərəcəsi;
  • Azərbaycanca mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
  • Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqları;
  • Ofis proqramlarında işləmək bacarığı;
  • Komanda işi – insanları əməkdaşlığa, ideyalarını bölüşməyə təşviq etmək bacarığı;
  • Liderlik, müstəqil və komanda üzvü kimi işləmək bacarığı;
  • İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları.

Uyğun namizədlər CV-ni 10 fevral 2024-ci il tarixinə qədər Təhsil Departamentinin Koordinatorunun mail ünvanına ([email protected]) göndərə bilərlər.

Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.