Qrafik dizayner vakansiyası

 

Marketinq komandamıza dizayner axtarırıq.

Vəzifə öhdəlikləri:
- Texniki tələblərə uyğun maketlərin yaradılması və çapa hazırlanması
- Foto materialların redaktəsi və emalı
- Poliqrafiya dizaynı
- Marketinq kampaniyaları üçün əsas vizual elementlərin yaradılması
- Brend standartlarına və marketinq məqsədlərinə cavab verən dizayn konsepsiyalarının yaradılması
- Bütün onlayn və oflayn marketinq fəaliyyətləri üçün vizual dəstək
- Qrafik dizaynda mövcud tendensiyaların monitorinqi və onların tətbiqi


Axtardığımız namizəd:
- Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign) üzrə peşəkar biliklər 
- Animasiya və video montaj alətləri (Cinema, After Effects, Premiere Pro) ilə iş təcrübəsi arzuolunandır
- Portfolio mövcudluğu
- Tipoqrafiya, kompozisiya və illüstrasiya bilikləri
- Azərbaycan və rus dilləri biliyi
- Yaradıcı/kreativ yanaşma

İş şəraiti və təkliflərimiz:
- 5 günlük iş həftəsi 
- Komfortlu ofis (ofisdə istirahət zonası, PlayStation mövcuddur)
- Mehriban kollektiv
- Rəqabətli əmək haqqı, namizədin təcrübəsinə görə təyin olunacaq

Portfolio və CV-nizi [email protected] ünvanında gözləyirik. Məktubun mövzu bölümündə vakansiyanın adını qeyd etməyi unutmayın.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.