«Zəhmət-Ruzi» MMC “Arxiv işi üzrə mütəxəssis” vakansiyasını elan edir.



Vəzifə öhdəlikləri:
-Müvafiq aktlar əsasında sənədləri arxivə qəbul edir və qeydiyyatını aparır, eləcə də, arxivdən sənədləri sorğu göndərən struktur vahidinə təhvil verir.
-Struktur vahidlərinə sənədlərin mühafizəsi və arxivləşdirilməsi işində təşkilati-metodiki dəstək göstərir.
-Sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanmasında iştirak edir.
-Sənədlərin mühafizəsi, qeydiyyatı və səmərəli yerləşdirilməsi işini təşkil edir.
-Sənədlərin mühafizəsi üçün texniki vasitələrin siyahısını müəyyən edir, onların tətbiqi və düzgün istismarına nəzarət edir.
-Hesabat üçün arxivdə sənədlərin təşkili barədə məlumat hazırlayır.
-Arxiv üzrə sorğu vasitələrini - bələdçi kitabı, göstərici, xülasə, kataloq hazırlayır, onları təşkil və təhlil

edir, qeydiyyatını aparır.
-Arxivdə mövcud olan sənədlərin elektron qeydiyyatını təşkil edir.

Bizim üçün önəmlidir:
·Arxiv işi üzrə qanunvericilik aktlarını bilməsi;
·Arxiv sənədlərinin mühafizə və təsnifat sistemini, arxivdəki sənədlərin tərkib və məzmununu bilməsi;
·Ali təhsilli olması;
·Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajına malik olması;
·Azərbaycan dilini yüksək səviyyədə bilməsi (Rus dili arzuolunandır).

İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 38

Təminatlar:
-Nahar şirkət tərəfindən təmin edilir.
-Korporativ nömrə və limitlə təmin edilir.
-Servis xidməti mövcuddur.
-Tibbi sığorta təminatı mövcuddur.

Uyğun namizədlər müraciət üçün öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissədə "Arxiv işi üzrə mütəxəssis” yazmaqla göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.