“Az Smart” MMC 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzdnində Dövlət Vergi Xidmətində Yeni Nəsil Nəzarət Kassa Aparatı operatoru kimi qeydiyyatdan keçmişdir. 

Hal-hazırda “Az Smart” MMC “Çağrı mərkəzinin texniki dəstək mütəxəssisi” vəzifəsinə işçi axtarışı elan edir.

Vəzifənin əsas öhdəlikləri:
 
-       Zəng, WhatsApp və digər kommunikasiya tədbiqləri vasitəsilə müştərilərdən daxil olan sorğuların qəbulu, qeydiyyatı və Nəzarət Kassa Apparatlarının sürətli şəkildə bərpa edilməsi məqsədiylə, uzaqdan qoşularaq, texniki xidmətin göstərilməsi.
-       JİRA sistemində və digər daxili sistemlərdə sorğuların açılması, onlara nəzarət, cavabdehlik və vaxtılı cavablandırılması.
-       Hesabatların vaxtında hazırlanması və birbaşa rəhbərliyə təqdim edilməsi.
-       Təyin olunmuş qrafikə əsasən, növbətçilik və ya əlavə iş saatlarında işləyə bilm

əsi (həftə sonları növbətçiliyi daxil olmaqla).
 
Namizəddən gözləntilərimiz:
 
·    Təhsil: ali təhsil (texniki elmlər ixtisaslı)
·    Dil bilikləri: Azərbaycan və rus dillərini - səlis, ingilis dillində biliklər arzuolunandır
·    İT bilikləri: MS Office proqramları, İnformasiya Texnologiyaları və Windows əməliyyat sistemi haqqında əsas biliklər, kompüterlər və pereferiya avadanlıqları haqqında ilkin texniki biliklər;
·    İş təcrübəsi:  Çağrı mərkəzi və ya texniki dəstək sahələrdə iş təcrübəsinin olması mütləqdir
 
Zəhmət olmasa, CV-nizi, email-in mövzu hissəsində vəzifənin adını qeyd etməklə, [email protected] e-mail ünvanına göndərin. Yalnız vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 06.10.2022-ci il

Prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün, müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.