"AZ-PACK" MMC "Ofis meneceri" vakansiyası üzrə təcrübəli və ya universiteti yeni bitirmiş namizəd axtarışındadır.

Vəzifə öhdəlikləri
• Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
• Görüləcək işləri sistemləşdirmək və tabeliyində olan əməkdaşları bu işlər üzrə qruplamaq;
• E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq;
• Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi);
• Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək (Kargüzarlıq işlərini aparmaq);
• Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanılması;
• Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək;
• Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək;
• İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək;
·       Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
 
Tələblər: 
·       Ali təhsil;
·       İngilis dil

i üzrə danışma və yazma bilikləri mütləqdir;
·       Təqdimat bacarıqları yüksək səviyyədə olmalı;
·       Bu sahədə ən azı 1 il iş təcrübə;
·       Yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
·       Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
·       Operativlik, vaxtdan düzgün istifadə bacarığı;
·       Fərdi və komanda tərkibində işləmək bacarığı; 
·       Kompüter bacarıqları (MS Word, Excell – yüksək səviyyədə, Outlook).
 İş şəraiti
·       AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
·       Əmək haqqı – 500 AZN ;
·       Həftədə 6 iş günü saat 08:00-17:00, nahar vaxtı saat 12:00 -13:00;
·       Nahar şirkət tərəfindən təmin edilir;
·       Korporativ mobil nömrə;
·       Ünvan – Keşlə qəsəbəsi, Energetika küçəsi.
Namizəd qismində iştirak etmək istəyən şəxslər CV-lərini mövzu yerinə “ofis meneceri” yazmaqla [email protected] e-poçt ünvanına göndərə bilərlər.
CV nümunəsi olmayan müraciətlərə baxılmayacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.