"Azərbaycan Supermarket" MMC Logistika və distribusiya mərkəzi  komandasına “Tibbi yardım işçisi” vakansiyasını elan edir. Aşağıda vəzifənin detalları ilə tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri
·      Müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq zərər çəkmiş şəxsə ilkin tibbi yardım göstərmək;
·      Qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək;
·      Sanitar-maarifləndirmə işini aparmaq;
·      Öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş qaydada təqdim etmək;
·      Sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması d

a daxil olmaqla, operativ tədbirlər həyata keçirmək.  
 
Tələblər
·      Təcili və təxirəsalınmaz tibbi yardım sahəsində 3 il təcrübəyə malik olmaq;
·      Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilmək;
·      Təcili və təxirəsalınmaz hallarda xəsarət alan işçilərə müalicə-profilaktika və dərman yardımının təşkilinin əsaslarını bilmək;
·      Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını bilmək;
·      Həkimlərin etik davranış qaydalarını bilmək;Təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını bilmək.
 
Vakansiya üzrə müraciətləri [email protected] elektron ünvanına mövzu bölməsində “Tibbi yardım işçisi” qeyd etməklə edə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.