“ Əmək haqqı üzrə mühasib” vakansiyası 

Şirkət: AVT Logsitcs MMC
Vəzifə: Əmək haqqı üzrə mühasib
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəsəbəsi
İş təcrübəsi: 1-3 il

İş barədə məlumat:
- 5 günlük iş həftəsi
- Nahar müəssisə tərəfindən təmin edilir.
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Endirimli tibb xidməti;
- Mobil nömrə və telefon limiti

 
Vəzifə öhdəlikləri:

- İşçilərin aylıq əmək haqlarını hesablamaq;
- Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;
- Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
- Ezamiyyə haqlarının yox

lanması, hesablanması və ödənişə təqdim edilməsi;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
- Muzdlu və qeyri- muzdlu işlə əlaqədar vahid bəyannaməsini  hazırlamaq;
 
Tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Hesabatların auditini bacarmalı;
- Analitik düşünmə qabiliyyəti olmalı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dili isə arzuolunanndır
- Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
 
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.


Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “ Əmək haqqı üzrə mühasib ” yazmaqla CV göndərərək müraciət edə bilərsiniz.
Son müraciət tarixi 23.01.2023

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.