Dəstəkçi - Sosial Sahibkarlıq Platfoması üçün yarım ştat, təcrübəli  Marketinq  Meneceri axtarırıq

 

Vəzifələr:

 

·         Ənənəvi və rəqəmsal marketinq strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi;

 

·         Bazar trendlərini araşdırmaq, marketinq kampaniyaları hazırlamaq və müvafiq təkliflər vermək;

 

·         Bütün marketinq fəaliyyətlərini planlaşdırmaq və idarə etmək

 

·         Marketinq və rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi 

 

·         PR kampaniyalarının yaradılması və həyata keçirilməsi;

 

·         Brendin tanınmasını artırmaq üçün tədbirlər görmək;

 

·         Satışları artırmaq üçün strategiyalar və kampaniyalar hazırlamaq və həyata keçirmək;

 

·         Yeni təkliflər və tədbirlər yaratmaq və idarə etmək;

 

·         Tərəfdaşlar, müştərilər və media ilə ünsiyyət, korporativ görüşlərin keçirilməsi;

 

Tələblər:

 

·         Ali təhsil (biznes, satış və ya marketinq sahəsində təhsilə üstünlük verilir);

 

·         Marketinq idarəçiliyi və rəqəmsal marketinq sahəsində minimum  1 il iş təcrübəsi;

 

·         Rəqəmsal marketinq üzrə bilik və bacarıqlara sahib olmaq 

 

·         Dil bilikləri, Azərbaycan dili - əla, İngilis dili -əla, rus dili - üstünlükdür 

 

·         Biz sizə nə təklif edirik: 

 

·         Cəmiyyətdə sosial fayda üçün çalışan bir startapın parçası olmaq 

 

·         Gənc və dinamik komanda ilə işləmək fürsəti

 

·         Təlim, treninq və master-klaslarda iştirak etmə imkanı 

 

İş qrafiki: 

həftə içi 5 gün, yarım iş günü

Əmək haqqı: 500 AZN + hər cəlb olunan layihəyə əsasən bonus imkanı 

Rəsmi əmək müqaviləsi əsasında işə düzəlmə

 

Maraqlanan namizədlərin öz CV-lərini mövzu yerində "Marketinq Meneceri" yazaraq  [email protected] ünvanına göndərmələri xahiş olunur.  Yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.