Elm və Təhsil Nazirliyinin tabe qurumuna “Çağrı mərkəzi üzrə mütəxəssis” vəzifəsi üzrə namizədlər axtarışındayıq!
 
Vəzifə öhdəlikləri

- Gündəlik daxil olan telefon zənglərini vaxtında cavablamaq;
- Daxili sistem üzrə zənglərin qeydiyyatını aparmaq;
- Vətəndaşlarla etik qaydalara uyğun olaraq ünsiyyət qurmaq;
- Zəruri hallarda vətəndaş müraciətlərini müvafiq olaraq yönləndirmək;
- Daxil olan zənglərlə bağlı hesabatlar hazırlamaq.
 
Tələblər

- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi (çağrı mərkəzi, müştəri xidmətləri üzrə iş təcrübəsi

olan namizədlərə üstünlük veriləcəkdir);
- Dil bilikləri (Azərbaycan dilində səlis danışıq qabiliyyəti mütləqdir; Rus dili üstünlükdür);
- Kompüter bilikləri (MS Office);
- Effektiv ünsiyyət bacarığı;
- Problem həll etmə bacarığı.
 
Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulub.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Çağrı mərkəzi üzrə mütəxəssis” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
 
Son müraciət tarixi: 05.05.2023

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.