TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə həkim-psixiatr vəzifəsi üzrə vakant yerlər elan edir

 

Şəhər

Bakı

Son müraciət

25.09.2024

Bizim üçün uyğun namizəd:

  • Ali tibb təhsili
  • Sahə üzrə staj tələbi yoxdur
  • Qüvvədə olan sertifikasiya şəhadətnaməsi (psixiatriya üzrə)

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  • Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).

Müraciət qaydası

  • CV-lər [email protected] ünvanına göndərilməlidir;
  • Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM–həkim-psixiatr) qeyd olunmalıdır;
  • CV-lər 25.09.2024-cü il tarixinə qədər göndərilməlidir.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.