Azərbaycanın ən böyük texnoloji şirkətlərindən birində təcrübə keçərək işləmək şansı qazanmaq istəyirsən?
Rəqəmsal məhsulların yaradılması və bu sahədə xidmətlər üzrə ixtisaslaşmış “AzInTelecom” MMC məzunlara İnformasiya Təhlükəsizliyi üzrə 3 aylıq təcrübə və iş imkanları təklif edir.
Müvafiq istiqamət üzrə bakalavr və ya magistr təhsilini bitirmiş şəxslər qeyd olunan proqrama müraciət edə bilərlər.
“AzInTelecom” MMC-də vəzifə tutan peşə
Müraciət üçün [email protected] ünvanına CV və proqramda iştirak haqqında motivasiya məktubu göndərmək lazımdır. Müraciət edərkən mövzu bölməsinə mütləq qaydada “Təcrübə proqramı” ifadəsini qeyd edin.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.