Təsvir

İşiniz nədən ibarətdir?

 

  • Giriş icazələrinin idarə olunması siyasəti və giriş nəzarət mexanizmlərinə əsasən fiziki daxil olmaqla identiklik və girişə nəzarət;
  • Proqram və avadanlıq inventar yoxlamalarının təmin edilməsi;
  • Dövri təhlükəsizlik yoxlamalarının aparılması;
  • Biznes üçün kritik məlumatın inventar, təsnifat və identikliyinin müəyyən olunması;
  • Məlumat itkisinin qarşısının alınmasına nəzarət və davamlı olaraq təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Bütün biznes prosesləri, məhsul və xidmətlərdə İnformasiya Təhlükəsizliyi tələblərinin təyin olunmasına cavabdehlik;
  • İnsident və problemin idarə edilməsi prosesində yüksək təsirə malik insidentlərin və problemlərin araşdırılması;
  • Tənzimləyici uyğunluqların təmin olunması və beynəlxalq təcrübələrə əsaslanan təhlükəsizlik nəzarətlərinin quraşdırılması;
  • Dövri və tələb olunan hesabatların təqdim olunması;
  • Daxili və xarici siyasət/proseslərə riayət olunmasına nəzarət.

Tələblər

Sizdən nə tələb olunur?

 

Təhsil: İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili

İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya digər müvafiq sahə üzrə ən az 3 il

Lisenziya / Sertifikat: CompTIA Security+ və ya digər başlanğıc səviyyəli sertifikat

Xarici dillər: İngilis

Kompüter bilikləri: MS Office

Məhsul üzrə biliklər: Əsas bank sistemləri, kart tətbiq sistemləri üzrə bilik və şəbəkə cihazları üzrə təcrübə

Digər:

  • Analitik biliklər
  • Detal yönümlü və diqqətli olmaq
  • Ən yaxşı təhlükəsizlik təcrübələri (NIST, ISO 27000X, PCI DSS) üzrə biliklər

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.