Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda "Bakı filiallarında Mikro kreditlər üzrə Kiçik mütəxəssis / Mütəxəssis /Aparıcı mütəxəssis” vakansiyasını elan edirik.Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq. 

Struktur: Mikro Biznes Müştəriləri Departamenti
Vəzifə: Kiçik mütəxəssis / Mütəxəssis /Aparıcı mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial müdiri və / və ya menecer

Vəzifə öhdəlikləri:

  • Biznes müraciətlərinin təhlili;
  • Bankın kredit məhsullarının şərtlərini bilmək;
  • Təhkim olunmuş kredit portfelinin idarə edilməsi;
  • Biznes görüşlərinin təşkili;
  • Müştəri şəbəkəsinin genişləndirilməsi.

Tələblər:

  •  Ali təhsil;
  •  İş təcrübəsi - Bank sahəsində minimum 1 il;
  •  Ünsiyyət qurmaq və satış bacarığı;
  •  Riyazi biliklər;
  •  Komandada işləmək bacarığı.

Biz Sizə nə təklif edirik:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  •  Könüllü tibbi sığorta proqramına qoşulma;
  •  Yığım sığortasına qoşulma imkanı;
  •  Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Bakı/Mikro_kredit”  qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. 

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.