Qeydiyyat Şöbəsinə Mütəxəssis vakansiyası

 

İş yeri: Zirve liseyi / Xırdalan, AAAF Park.

İş saatları: 08:00 - 17:00 (1-5, qəbul zamanı 1-6 günlər).

Maaş: 600 - 700 azn

 

Vəzifə öhdəlikləri:

 

- Yeni şagirdlərin qeydiyyatı və sənədlərinin qəbulu;

- Valideyn və tələbələrə qeydiyyat prosesi haqqında məlumat vermək;

- Məktəbə qəbul qaydalarına uyğun sənədləşmənin aparılması;

- Elektron və kağız üzərində qeydiyyat bazasının idarə olunması;

- Daxil olan zənglərin və sorğuların cavablandırılması;

- Məktəbin qəbul siyasəti ilə bağlı tədbirlərin təşkili və həyata keçirilməsi.

 

Namizədə tələblər:

 

- Ali təhsil (Təhsil, Menecment, Administrasiya və ya oxşar sahələr üstünlükdür)

- Azərbaycan və Rus dilləridə səlis danışıq və yazı bacarığı (İngilis dili biliyi üstünlükdür);

- MS Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək;

- Səlis ünsiyyət və təşkilatçılıq bacarığı;

- Dəqiqlik, məsuliyyət və komandada işləmə bacarığı;

- Müvafiq sahədə iş təcrübəsi.

 

Müraciət qaydası:

 

Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində "Qeydiyyat şöbəsinə vakansiya" qeyd olunmalıdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.