TuranBank ASC "Məhsulların İnkişafı şöbəsinin aparıcı mütəxəssisi" vakansiyasını açıq elan edir.

Vəzifəyə olan tələblər:
Müştəri ehtiyaclarına uyğun olan məhsulların yaradılmasına yönümlü bilik və bacarıqlara malik olmaq;
Kreditləşdirmə və xidmət sahələri üzrə biznes prosesləri ilə bağlı işlərin hazırlanması və icrası;
Müştəri ehtiyaclarının araşdırılması və məhsuln ehtiyaclara görə formalaşdırılması;
Rəqəmsal məhsullar və onların funksionallıqları barədə məlumatlılıq;
Komandada işləmə bacarığı;
Rəqəmsal məhsul və xidmətlərin inkişafında prioritetlərin düzgün təyin edilməsi bacarığı;
Problemləri həll etmə bacarığı;
Ünsiyyət bacarıqları;
Analitik bacarıqları;
Yaradıcı təfəkkür;
Müvafiq sahə üzrə 1 il iş təcrübəsi

Vəzi

fə öhdəlikləri:
Məhsulların hazırlanması üzrə prosesə rəhbərlik etmək;
Məhsul ilə bağlı tələbləri və risklərin müəyyən edilməsi ilə bağlı müvafiq strukturlarla əməkdaşlıq etmək;
Məhsulun biznes göstəricilərinin monitorinqi və bununla bankın hədəflərinə uyğun nəticələrə nail olmaq;
Məhsulun vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə aşılamaq;
Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmək və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq.

Maraqlanan şəxslər anketlərini [email protected] e-mail adresinə göndərə bilərlər. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Məhsulların İnkişafı şöbəsinin aparıcı mütəxəssisi” yazmağı unutmayın. 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.