Hüquqşunas Vakansiyası

 


Vəzifə öhdəlikləri:
Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq;
Sənədlərin təhlili, hüquqi araşdırılması, akt və sərəncamların, normativ hüquqi sənədlərin ekspertizasında iştirak etmək;
Şirkətin və törəmə müəssisələrin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi;
Dövlət orqanlarına, publik hüquqi şəxslərə, hüquq mühafizə orqanlarına sorğu, ərizə və məktubların hazırlanmasında iştirak etmək;
Şirkətin tərəf olduğu müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
Dövri hesabatların hazırlanması və təqdim edilməsi;
Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.

Tələblər:
Hüquq sahəsində ali təhsil;
Xanım  və bəy namizədlər 25-45 yaş arası
Azərbaycan, Rus  və Inglis dillərini yüksək səviyyədə bilməli,;
Hüquq vəzifəsi üzrə ən azı 2 il iş təcrübəsi;
MS Office proqramlarında iş bacarığı; 
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;
Yüksək araşdırma və tədqiqat bacarığı;
Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

İş şərtləri:
6 günlük iş qrafiki 09:00 - 18:00
Əmək haqqı  müsahibə nəticəsində təyin olunur
Nahar şirkət tərəfindən verilir
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
İş yeri : Radius Təkər Mərkəzi
Ünvan:Badamdar qəs.,Mikayıl Müşviq 2A

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını  mövzu hissəsində “Hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.