Müştəri xidmətləri üzrə mütəxəssis

 

 

Vəzifə öhdəlikləri: 

 

  • İş saatı ərzində korporativ nömrələri aktiv saxlayır, gələn zəngləri vaxtında cavablayır;
  • Korporativ mailləri müntəzəm yoxlayır, başqa şöbəyə yönləndirilməsi vacib olan mailləri vaxtında aidiyyatı şöbəyə yönləndirir;
  • Müştərilərə BOKT və xidmətləri haqqında məlumat verir;
  • Müştərilər arasında sorğuların keçirilməsində iştirak edir;
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi.

 

Tələblər:

 

  • Yüksək səviyyədə ünsiyyət qurma və komanda daxilində işləmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
  • İşgüzar, təşəbbüskar, gülərüz;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür.

 

İş barədə məlumat:

 

  • Əmək haqqı: sınaq dövründə 500AZN+bonus
  • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00

 

 

CV-lərinizi “Müştəri xidmətləri üzrə mütəxəssis”  başlığı altında [email protected]  ünvanına göndərməyiniz xahiş olunur.

 Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.