“StudyLab” Təhsil Mərkəzi peşəkarlar axtarır! 

 

Peşəkar iş mühitində çalışıb əmək bazarında rəqabət qabiliyyətinizi artırmaq istəyirsinizsə komandamıza qoşulun!  

 

Məhsulun inkişafı və marketinq üzrə menecer.

 

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi (Facebook, Instagram,Linkedin,Web-Sayt və s.)
  • Sosial media üçün həftəlik,aylıq, rüblük post planının hazırlanması.
  • Rəqib analizi, meyarları araşdırılması və inkişaf üçün təkliflər verilməsi.
  • Şirkətin şöbələri arasında xidmət satışı ardıcıllığının qurulması və idarə olunması. 
  • Ayrı-ayrı xidmətlər üzrə inkişaf konsepsiyasının hazırlanması və idarə olunması. 
  • Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi.
  • Nəticə yönümlü təhsil marketinqi işinin qurulması. 
  • Reklamların ,həftəlik və aylıq hesabatlarının hazırlanması.
  • Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontent (mətn, foto, video) hazırlamaq, veb-sayt və sosial mediada yerləşdirmək.
  • Şirkətin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək və optimallaşdırmaq.

 

Namizədə tələblər

  • Təhsil marketinqi sahəsində 2-4 il iş təcrübəsi;
  • Ali təhsil (jurnalistika, filologiya, marketinq sahələri üzrə);
  • Səlist Azərbaydan və ingilis dili bilikləri;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
  • Foto/video çəkiliş aparmaq bacarığı;
  • Yeniliklərə açıq olmaq və konstruktiv təkliflər irəli sürmək bacarığı;
  • Komandada işləmək bacarığı.

 

         Şərtlər

  • Əmək haqqı: (Namizədin təcrübə və bacarıqlarına görə müəyyən olunacaq).
  • İş qrafiki: Bazar ertəsi – Cümə 09:30 -18:30 / Şənbə 10:00  - 16:00 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
  • İş yeri : “StudyLab” Mərkəz Ofis 

Ünvan:  Cəlil Məmmədquluzadə 102A, City Point Baku

 

Müraciət qaydası:[email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını –

“Məhsulun inkişafı və marketinq üzrə menecer”.  yazıb CV göndərməklə müraciət edə bilərsiniz.

 

Son müraciət tarixi: 30 May, 2023

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.