"Azərbaycan Supermarket" MMC Əmlak komandasında Müqavilələr üzrə mütəxəssis vakansiyasını elan edir. Aşağıda vəzifənin detalları ilə tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri:
- Müxtəlif müqavilələrin tərtibatı, hazırlanması və yoxlanılması (maliyyə, əmək, icarə, xidməti və s.).
- Şöbə başçıları və rəhbərlik tərəfindən tələb olunan müxtəlif hüquqi məsələlər barəsində məsləhət vermək.
- İllik iclaslar, nizamnaməyə əlavələr və digər şirkətdaxili sənədləri hazırlamaq.
- Digər hüquqi təhlil və hüquqi yoxlama ilə əlaqədar işləri yerinə yetirmək.
- Şirkət tərəfdaşları ilə hüquqi müstəvidə müzakirələr aparmaq, rəsmi yazışmaları həyata keçirmək.
- Müxtəlif instansiyalarda Şirkəti hüquqşünas olaraq təmsil etmək.
- Razılaşmaların nəzərdən keçirilməsi və problemli müddəaların təyin edilməsi və minimum tələblərin qarşılandığının müəyyənləşdirilməsi üçün sənədləşmənin qiymətləndirilməsi;
- Müqavilə məsələlərin təyin edilməsi, həll yo

llarının hazırlanması;
- Razılaşmaların qanun, dövlət nizamnamələri, iqtisadi şərait və şirkət siyasəti ilə uyğunluğunun nəzərdən keçirilməsi;

Vəzifə üzrə tələblər:
- Hüquq və ya müvafiq sahədə bakalavr dərəcəsi
- Təqdimatlar hazırlamaq və çatdırmaq bacarığı.
- Müqavilə hüququ üzrə hüquqi məsləhət vermək bacarığı.
- Danışıqlar aparmaq bacarığı.
- Müqavilə hüququ üzrə biliklər.
- Məhkəmə sistemi və prosedurları haqqında biliklər.
- Hüquqi sənədləşdirmə prosedurları və tələbləri haqqında biliklər.
- Hüquqi strategiyaları və həlləri hazırlamaq və həyata keçirmək bacarığı.
- Azərbaycan qanunvericiliyi haqqında yüksək biliklər;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə İngilis dili biliyi
- MS Office biliyi

Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində “Müqavilələr üzrə mütəxəssis” qeyd etməklə edə bilərlər. 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.