A+CO OJSC “Laboratoriya üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir. 



Vəzifə öhdəlikləri:

·       İstehsal olunan məhsulun fiziki - kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi; 
·       Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarətin təmin edilməsi;
·       Texnoloji prosesin düzgün aparılmasına, resepturlara riayət olunmasına, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət edilməsi;
·       Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin edilməsi; 
·       Sınaqlarının nəticələrinin düzgünlüyünü, obyektivliyini və tələb olunan dəqiqliyini təmin edilməsi;
·       Laboratoriyada olan sınaq avadanlıqlarından, cihazlarından və ölçmə texnikasından təlimata uyğun istifadə edilməsi;
·       Xammalın, yarım fabrikatların, hazır məhsulun sınaqları və keyfiyyəti haqqında rəhbərliyə məlumat verilməsi;
·       Xammallardan, köməkçi materiallardan və hazır məhsullardan normativ sənədlərin tələblərinə uyğun olaraq nüm

unə götürülməsi;
·       Laboratoriya otaqlarını sanitariya qayda və normalarına, əməyin təhlükəsizliyi tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxnılması.

Tələblər:

·       Ali təhsil (Kimya, Qida Mühəndisliyi, Kimya Mühəndisliyi);
·       Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
·       Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook)- Yaxşı;
·       Dil bilikləri: Azərbaycan dili sərbəst;
·       Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
·       İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
·       Ümumi və analitik kimyanın əsaslarını bilmək.

İş şərtləri:

·       İş yeri: Xırdalan şəhəri;
·       İş qrafiki: növbəli iş qrafiki;
·       Korporativ mobil nömrə, servis və nahar şirkət tərəfindən təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Laboratoriya üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.