Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Təşkilati öyrənmə və inkişaf Şöbəsinin rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
 
Öhdəliklər:
 
·       “Kapital Bank”ASC-nin “Təlim və inkişaf sistemi üzrə qaydaları”nı hazırlayır, yeniləyir, tətbiq edir və əlaqədar siyasət və prosedurların hazırlanmasında iştirak edir;
·       Bankın təlim və inkişaf strategiyasının həyata keçirilməsində iştirak edir və biznes tərəfdaşı olaraq fəaliyyət göstərir;
·       Bankın illik öyrənmə və inkişaf planını hazırlayır və təqdim edir, planın icrasına nəzarət edir;
·       Təlim və inkişaf proseslərinin bütövlüyünə nəzarət edir, ehtiyacların müəyyən edilməsinə, layihələrin və inkişaf fəaliyyətlərinin planlaşdırılmasına və təşkilinə, nəticələrin qiymətləndirilməsinə rəhbərlik edir;
· &n

bsp;      Bankın illik təlim və inkişaf büdcəsini təklif edir, təsdiq olunmuş büdcənin icrasına nəzarət edir;
·       Biliklərin idarə edilməsi və daxili bilik axınının təmin olunmasına nəzarət edir, yeni kadrların hazırlanması prosesini dəstəkləyir;
 
 
Üstünlük verilən bilik və bacarıqlar:
 
·       İnsan resurslarının idarə edilməsi sahəsində müəyyən biliklərə və minimum 5 illik iş təcrübəsinə malik olmaq;
·       Bank fəaliyyəti ilə əlaqədar qanunvericiliyi bilmək;
·       Azərbaycan və ingilis dillərini mükəmməl, rus dilini yaxşı səviyyədə bilmək;
 
 
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.