Əziz dostlar, komandımızı genişləndirmək üçün EDA Terapiyada psixoterapiya seansları keçirəcək bir komanda yoldaşı axtarışındayıq.

Tələblər:

-Psixologiya sahəsində həm bakalavr həm də magistr dərəcəsinə sahib olmaq.
-Hər hansı bir psixoterapiya yanaşmasını mənimsəmiş olmaq. Akkreditasiyalı nəzəri və praktik təlimdən keçmiş olmaq arzu olunandır.

CBT üzrə ixtisaslaşmış olanlara üstünlük veriləcək.
-Psixoterapiya etik qayda və dəyərlərini bilmək / hər birini mənimsəmiş olmaq.
-Psixoloqluq karyerası ərzində hər hansı bir etik dəyər pozuntusuna yol verməmiş olmaq.
-İrq, din, cins, cinsi yönəlim və.s bütün İnsan Haqlarına hörmət və həssaslıqla yanaşa bilmək.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanına mövzuda “Psixoloq” yazaraq göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.