Vəzifə: Təlimatçı (müalicəvi bədən tərbiyəsi üzrə)

 


İş yeri: Bərdə 
İş təcrübəsi: Minumum 1 il iş təcrübəsi
Təhsil: Tibb ixtisası üzrə orta ixtisas təhsilli və əmək terapiyası üzrə əlavə təhsil.
İxtisas: Fizioterapiya və tibbi bərpa
Yaş həddi: 23 - 50 yaş 

Vəzifə öhdəlikləri:
-Müalicəvi bədən tərbiyəsi məşğələlərinin aparılması üçün otağı, gimnastika əşyalarını və vasitələrini hazırlamaq;
-Mexanoterapevtik aparatlarda əlilliyi olan şəxslərlə məşğələlər aparmaq;
-Həkimin göstərişinə əsasən müalicəvi massajın ayrı-ayrı növlərini tətbiq etmək;
-Müalicəvi bədən tərbiyəsi üzrə həkimlə birlikdə müasir elmi səviyyəyə uyğun müalicəvi gimnastika sxemlərini və onlar üçün fiziki hərəkətlər kompleksini işləyib hazırlamaq;
-Protez-ortopetik məmulatlarından ilkin istifadə zamanı əlilliyi olan şəxslərin bu məmulatları mənimsəməsi üçün müxtəlif fiziki hərəkət komplekslərini işləyib hazırlamaq;
-Mexaniki terapevtik aparatlarla əlilliyi olan şəxslərlə məşğələlər aparmaq, eyni zamanda bu kateqoriyaya aid olan şəxslərlə passiv və ya aktiv idman hərəkətlərini yerinə yetirmək;
-Əlilliyi olan şəxslərin inkişafı ilə bağlı sənədlərə qeydiyyatları aparmaq;
-Əlilliyi olan şəxslərin əhval-ruhiyyəsinə məşğələdən əvvəl və sonra nəzarət etmək, terapevtik texniki aparatlarda məşğələlər aparmaq;
-Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.
Tələblər: 
Komandada işləmək bacarığı;
Həssas əhali qrupları ilə işləmək bacarığı;
Stress vəziyyətlərinin idarə edilməsi bacarığı;

Əmək haqqı 800-1000 AZN
Təminatlar: 
İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
Kollektiv mükafat.
İş qrafiki: 5 günlük – 09:00–18:00

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə Təlimatçı (müalicəvi bədən tərbiyəsi üzrə) yazaraq CV göndərməklə müraciət edilir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.