İKTex Technology Company və Coders Azerbaijan-ın birgə layihəsi olan CyberPlus Karyera Proqramı kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün əla fürsət yaradıb.

Beləki proqramı müracit edib seçildikdən sonra 100 faizlik təqaüd və işlə təminat şansı əldə edirsiz.

Kibertəhlükəsizlik təqaüd proqramı 18-30 yaş aralığında, yaxşı səviyyədə kompüteri idarəetmə biliklərinə malik və ya İT sahəsində müəyyən başlanğıclar etmiş gənclər üçün nəzərdə tutulmuşdur

Layihəyə seçilmiş 15 iştirakçı 5 ay boyunca həftəiçi 4 gün, hər dərs 2 saat olmaqla Kiber Təhlükəsizlik təlimlərində iştirak edəcək. Təlimlər 19:00-dan etibarən 5 təlimçinin iştirakı ilə baş tutacaq.

Son müraciət tarixi: 26 noyabr

Daha ətraflı məlumat və qeydiyyatdan keçmək üçün https://cyberplus.coders.edu.az/ saytına keçid edə bilərsiz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.