İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filalının dəstəyi ilə Xaçmaz Olimpiya İdman Kompleksində və Bakı Regional Məşğulluq filialının dəstəyi ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində əmək yarmarkası keçiriləcək.
Tədbirdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən şəhərləri üzrə 41 müəssisə tərəfindən 750-dək vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.
“OBA Market” MMC-də qeyd olunan vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər isə göstərilən tarixdə müvafiq ünvana yaxınlaşa bilərlər.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Əgər CV-niz yoxdursa
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır.
Yarmarka keçiriləcək ünvan və tarix:
Xaçmaz şəhəri, Bakı prospekti 83 (Xaçmaz Olimpiya İdman Kompleksi)
20 sentyabr, 2022
11:00 – 14:00
Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 37a
23 sentyabr, 2022
10:00 – 13:00
