“Bank Respublika” ASC Maliyyə institutları ilə hesablaşmalar şöbəsinin mütəxəssisi-aparıcı-baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Maliyyə institutları ilə bağlanan müqavilə, əqdlər və aparılan əməliyyatların bank əməliyyat sisteminə işlənməsi, müvafiq uçot hesablarının açılması, uçotun doğruluğuna nəzarət, əməliyyatlar bitdikdə müvafiq prosedurların icra edilməsi;
  • Maliyyə institutları ilə bağlanan müqavilə, əqdləri və aparılan əməliyyatları müşayiət edən ödəniş və hesablaşmaların icra edilməsi;
  • Maliyyə institutları ilə bağlanan müqavilə, əqdlər və əməliyyatların reyestrinin aparılması, dəyişikliklərin təqib edilməsi;
  • Maliyyə institutları ilə bağlanan müqavilə, əqdlər və əməliyyatlar üzrə bankın öhdəliklərinin vaxtında və tam məbləğdə icra olunmasını təmin etmək və bu prosesə birbaşa nəzarətin həyata keçirilməsi;
  • Fondlar tərəfindən maliyyələşdirilən kreditlər üzrə öhdəliklərin yaradılması və bu kreditlər üzrə ödənişlərin icrası;
  • Fondlar tərəfindən maliyyələşdirilən kreditlər üzrə portfelin aparılması, nəzarəti və müvafiq sənədləşmənin icrası;
  • Fondlar tərəfindən maliyyələşdirilən kreditlər üzrə rüblük və illik hesabatların hazırlanması və audit tərəfindən tələb olunan müvafiq sənədlərin təqdim olunması.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil;
  • Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
  • Analitik qabiliyyətlər;
  • Bank və hesablaşma-ödəmə sistemlərində işləmək bacarığı üstünlükdür;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyul 2023-cü il tarixinədək, email-in mövzu hissəsində Maliyyə institutları ilə hesablaşmalar şöbəsinin mütəxəssisi-aparıcı-baş mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.