AzərbaycanNəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) İnsan kapitalının idarəolunması departamentinin təşkilati inkişaf üzrə böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
 


 Əsas tələblər:


• İnsan resurslarının idarəedilməsi, biznesin idarəedilməsi, data elmləri və digər əlaqəli sahələr üzrə ali təhsil;
• Təşkilati inkişaf, İR planlama və ya analitika sahələri üzrə minimum 5 il iş təcrübəsi;
• Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunan);
• Təşkilati diaqnostika, struktur və proseslərin təhlili bacarığı;
• Performansın idarə olunması, təşkilati mədəniyyətin formalaşması və transformasiyası sahəsində təcrübə;
• Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı (Excel, Power BI və s.);
• Dəy

işiklik idarəçiliyi metodologiyaları, İR texnologiyaları və HRIS sistemləri ilə tanışlıq;
• İşçi qüvvəsinin planlanması və iş analizi bacarıqları;
• Müvafiq sahələr üzrə normativ sənədlər və qanunvericilik aktlarına dair anlayış;
• Strateji, biznesyönümlü və analitik düşüncə, təşəbbüskarlıq və yenilikçi yanaşma qabiliyyəti;
• Güclü təqdimat, ünsiyyət və məlumat əsaslı qərarvermə bacarığı;
• Maraqlı tərəflərlə əlaqələr qurmaq və danışıq aparmaq bacarığı.

 Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi, həmçinin [email protected] ünvanına mövzu hissəsində “Böyük mütəxəssis – OD” yazmaqla göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

 Son müraciət tarixi: 05 may 2025-ci il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.