"BDU Könüllüləri" təşkilatı yeni könüllü qəbuluna başladı.

2019-cu ildən fəaliyyət göstərən "BDU Könüllüləri” təşkilatı hazırda öz ətrafında 1000-ə yaxın könüllü tələbəni birləşdirir.
Təşkilat 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsi, tələbə təşkilatları ilə birgə sosial və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.
Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərməklə Universitetin ictimai həyatında fəal iştirak edir və gələcək karyeraları ilə bağlı təcrübə qazanırlar.

"BDU Könüllüləri" təşkilatına üzv olmaqla siz nələr qazana bilərsiz:

 Təcrübə könüllüsü olaraq Universitetin struktur bölmələrində və fakültələrdə fəaliyyət;

 Universitetin sosial-mədəni həyatına dəstək;

 Liderlik, ünsiyyət, komanda işi və problem həll etmə kimi bacarıqlarınızı artırmaq;

 Karyeranızda və təhsilinizdə mühüm təcrübə qazanmaq;

 Öz layihə və ideyalarınızı reallaşdırmaq;

 Könüllülük fəaliyyətinin sonunda təşəkkürnamə ilə təltif olunmaq;

 Tədbir və görüşlərdə fəal iştirak etmək.

 

Müraciət et

Reklam

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.