İnsan resursları üzrə mütəxəssis vakansiyası

 

Tələblər:


• Təhsil: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi və Psixologiya üzrə təhsil üstünlükdür);
• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Azərbaycan dilində mükəmməl danışıq və yazı, Rus dili biliyi olması mütləqdir;
• Analitik düşüncə və problem həlletmə bacarığı;
• Punktuallıq və detallara diqqət etmək;
• Kompüter bilikləri: MS Office (Word, Excel);
• AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli; 
 


Vəzifə öhdəlikləri:


• Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi və bu kimi digər rəsmiləşmə işlərinin aparılması
• Qanunvericiliyin tələblərinə uyğun bütün əmrlərin hazırlanması
• İşçilərə əmək haqqı kartlarının sifariş olunması və yenilənməsi
• Əmək haqqı tabelinin hazırlanması
• Arayış, xasiyyətnamə və digər sənədlərin hazırlanması
• İşçilərin şəxsi işlərinin tərtib edilməsi
• Kadrların ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsi
• Əmək məzuniyyəti qrafikinin tərtib edilməsi
• İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət edilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması
• İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi
• Daxili nizam-intizama nəzarət edilməsi;
• Kadr sənəd dövriyyəsinin aparılmasına nəzarətin təşkil edilməsi;
• Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
• Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər. (SR Auto Sector)

Reklam

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.