"Gənclərin Liderlik Akademiyası 3” Ümummilli Lider İrsi düşərgəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 25-30 May 2023/cü tarixlərində, Şəki şəhərində baş tutacaq.

Xatırlatmaq istərdik ki, düşərgə zamanı həm liderlik, həm də “Ümummilli Lider irsi” mövzusunda maraqlı və maarifləndirici təlimlər, TedX formatında görüşlər, əyləncəli enercayzerlər və biri-birindən möhtəşəm gün sonu əyləncələri baş tutacaq.

Şərtlər sadədir:

Düşərgə 5 gecə 6 gün keçiriləcək və seçilən gənclər 6 gün müddətində düşərgə ərazisini tərk edə bilməz.

Yaş aralığı: 18-25.

İştirak hüququna malik olmaq üçün COVID Pasportu (minimum 2 doza) və ya yararlı immunitet sertifikatı mütləqdir.

Son Qeydiyyat Tarixi: 18.05.2023 23:59

Qeydiyyat linki: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.