“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.

"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.

 

Hal-hazırda “PAŞA Technology” MMC “Müştərilərlə iş üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir.

 

              Əsas öhdəliklər:

   

  • Müştərilərin bulud xidmtlərindən istifadə zamanı məmnuniyyətlərini təmin etmək üçün onların biznes ehtiyaclarını və məqsədlərini öyrənərək, güclü və davamlı əlaqələr qurmaq;
  • Gəlir artımı hədəflərinə töhfə verərək cari müştərilərə bulud xidmətlərinin çarpaz və əlavə satış imkanlarını müəyyənləşdirmək;
  • Müştərinin tələbinə uyğun olaraq  IaaS, SaaS, Collacation xidmətlərini təyin və təmin etmək;
  • Müştərinin texniki suallarını müvafiq istiqamətdə yönləndirmək;
  • Satış səylərini optimallaşdırmaq üçün digər komanda üzvləri və şöbələr ilə əlaqəli çalışmaq;
  • Şirkətin CRM sistemində bütün satış fəaliyyətlərini izləmək və mütəmadi olaraq hesabatları və müvafiq məlumatları yeniləmək;
  • “Billing” və CRM sistemi üçün müvafiq proseslərin avtomatlaşdırmasında istirak etmək;
  • Müştərilərlə iş üzrə müvafiq strateji planları qurmaq və onları həyata keçirmək;
  • Bulud xidmətləri sahəsində olan yenilikləri və tendensiyaları öyrənmək üçün dərin bazar araşdırmaları aparmaq;
  • Davamlı müştəri məmnuniyyətini təmin etmək məqsədi ilə müştərilər və texniki dəstək əməkdaşları arasında əlaqələndirici şəxs rolunu oynamaq;
  • Göstərilən bulud xidmətlər barədə müştərilərin rəylərini tplayaraq müvafiq hesabatlar hazırkamaq və rəhbərliyə təqdim etmək;

 

                   Tələb olunan bilik və bacarıqlar:

                  

  • Ali təhsil;
  • İT xidmətləri haqqında anlayışın olması;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Datacenter mühitində və Tier standartları barədə biliklər üstünlükdür;
  • Bulud modelləri, Bulud məhsulları və Bulud məlumat təhlükəsizliyi barədə biliklərə sahib olmaq üstünlükdür;
  • Təşəbbüskar olmaq;
  • Təqdimat bacarıqları;
  • Danışıqlar aparmaq və ünsiyyətqurma bacarığı;
  • Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi.

 

  Təcrübə

 

  • İT məhsulları və İT xidmətləri satışı üzrə 3-5 il təcrübə;
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq.

 

 

Son müraciət tarixi: 19 Mart  2024-cü il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.