"AFB Bank" ASC Online satış üzrə mütəxəssis axtarışındadır !
 
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
 
·         Ali təhsil;
·         Ən azı 1 il bank təcrübəsi (Müştəri xidmətləri, pərakəndə satış bölmələrində);
·         MS Office (xüsusilə MS Excel) proqram bilikləri;
·         Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus və ingilis dilini bilmək üstünlükdür;
·         Ünsiyyət və komandada işləmək bacarığı;
·         Təşəbbüskar və yeniliyə açıq olmaq.
 
 
İŞİN TƏSVİRİ:
·         Onlayn kanallar vasitəsi ilə edilən müraciətlərin Bankın kredit siyasəti, Kreditləşmə qaydaları, Kredit məhsulları şərtləri çərçivəsində qeyd olunmuş kriteriyalara uyğun müəyyənləşdirilməsi;
· &

nbsp;       Müəyyənləşdirilən müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;
·         Onlayn kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komissiyasına çıxarılması;
·         Təsdiq edilmiş kreditlər üzrə zəruri sənədləşmənin tərtib edilməsi və rəsmiləşdirilməsi üçün uyğun filial əməkdaşına yönəldilməsi;
·         Çarpaz satış imkanlarının araşdırılması, digər satış və əməliyyat qrupu ilə birlikdə çarpaz satışlar istiqamətində koordinasiyalı olaraq fəaliyyət göstərilməsi.
 
 
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
 
 
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Online satış üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.