Vakansiya: İR üzrə Kiçik Mütəxəssis

Şirkət: Domino's Azərbaycan

Yer: Bakı

İş növü: Tam ştat

Vəzifə öhdəlikləri:

ƏMAS portallarında bütün lazımı əməliyyatları icra etmək;
Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə;
İşçilərin şəxsi işlərinin formalaşdırılması və müntəzəm olaraq dəyişikliklərin qeydiyyatının aparılması;
Əmək kitabçalarının doldurulması;
ERP proqramında işçi məlumatlarının idarə edilməsi və yenilənməsi.

Namizədə tələblər:

Ali təhsil;
Bu sahədə minimum 1 il iş təcrübəsi;
Yaş həddi: 25-35;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi haqqında biliklər;
Kargüzarlıq haqqında biliklərin olması;
MS Office (Word, Excel) kompüter proqramlarından istifadə etmək bacarığı.

Şirkətin təklif etdiyi iş şərtləri:

Həftədə 5 iş günü, 09:00 – 18:00;
Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
Korporativ nömrə və nahar şirkət tərəfindən təmin edilir.
Müraciət prosesi: Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.