Ölkənin aparıcı IT şirkətlərindən olan Okmedia-da SMM təcrübə proqramına müraciət qəbulu başladı. 

 

Proqramı bitirən namizədlər IT şirkəti tərəfindən sertifikatla təmin olunacaq və full-time işə qəbul şansı əldə edəcəklər.

Nələri təcrübə edəcəksən:

- Sosial media hesabları üçün strategiyanın qurulması

- Instagram Reels və TikTok məzmun yaradılması

- Canva, ChatGPT, Buffer və s. kimi alətlərlə işləmə

- Sosial media hesablarının idarə olunması və mesajlarının cavablanması

- Lead generation və Demand generation kontentlərinin yaradılması

- Meta reklamlarının verilməsi və optimizasiyası

- və digər mövzular

Gözləntilərimiz:

- Marketinqə həddən artıq həvəsli (bu, bizim üçün ən vacibidir)

- 3 ay boyunca proqramda full-time iştirak

Şərtlər:

- Ödəniş növü: ödənişsiz

- Ünvan: Koroğlu m. yaxınlığı

- Korporativ nömrə, telefon, macbook ilə təmin olunma

- Proqram saatları: 10:00-dan 18:00-dək (həftədə 6 gün)

- Proqram müddəti: 3 ay

 

Müraciət:

Müraciət üçün CV faylınızı "SMM intern" mövzusu ilə  “[email protected]” ünvanına göndərin. Niyə məhz sizi seçməli olduğumuza dair fikrinizi mətn hissəsində yazmağınız böyük üstünlük hesab olunacaq.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.