Qeydiyyatçı

Müraciət et

“Sağlam Ailə” tibb mərkəzi Qeydiyyatçı vakansiyası elan edir.

Namizədə olan tələblər:

  • Ali tibb, orta tibb təhsil və ya biologiya fakültəsi məzunu;
  • Azərbaycan, rus dili biliyi - əla;
  • İş təcrübəsi vacib deyil;
  • Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;

Qeyd:

  • İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Şirkət daxili təlim və inkişaf imkanları.

Vəzifə və öhdəliklər:

  • Klinikaya müraciət edən pasiyentlərin müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
  • Mərkəzə konsultasiya xidmətləri üçün müraciət edənləri müvafiq proqramın Randevu modulunda qeydiyyata alır və konsultasiya vaxtını təyin edir;
  • Sığorta təşkilatları vasitəsilə  müraciət edən pasientlərin qəbulu və qeydiyyatını aparır;
  • Pasiyentə imtina edilən xidmətlərin qeydiyyatını aparır;
  • Pasiyentə müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları verir;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Qeydiyyatçı” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.