"Avrora" MMC Biznes Analitik vakansiyasını elan edir!
 


Əsas vəzifə öhdəlikləri

 
·       Satış, marketinq, logistika və digər biznes proseslərindən məlumatların toplanması, emalı və məlumat bazalarının təşkil olunaraq optimallaşdırılması;
·       Satış hesabatlarının hazırlanaraq göstəricilərinin bölgələ, satış kanalları, satış komandası və məhsul kateqoriyaları üzrə təhlil edilməsi;
·       RFM (Recency, Frequency, Monetary) təhlillərinin icrası və müştəri seqmentasiyasının aparılması;
·       İllik, rüblük və aylıq proqnoz və büdcə planlaşdırılması;
·       Logistika və təchizat təhlillərinin aparılması;
·       Satınalma və tədarük proseslərinin təhlili və optimallaşdırılması üçün tövsiyyələrin hazırlanması;
·       Məlumatların vizuallaşdırılması və hesabatların təqdim edilməsi;
·       Strateji qərarların təhlillərinin aparılması;
·       Risklərin müəyyən edilməsi və optimallaşdırma təkliflərinin verilməsi;
 


Tələb olunan bacarıqlar


··       Analitik düşüncə;
·       Təqdimat bacarığı;
·       MS Office proqramları (Excel, Power BI, PowerPoint, SQL) yüksək səviyyədə.
·       Ali təhsil (İqtisadiyyat, Statistika, Biznes İdarəedilməsi)
·       Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
·       İnglis dili səviyyəsi minimum B1.
 




Şərtlər


·    İş qrafiki : Tam iş günü (5 gün);
·    İş yeri : Aşıq Molla Cümə 46 C.
·    İş saatı: 09:00-18:00

 


Təklif edirik 


·    Əmək bazarında rəqabətli əməkhaqqı;
·    Peşəkar komanda mühiti;
·    Nahar;
·    Şirkət hesabına korporativ nömrə;
·    Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Biznes Analitik” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.