"Gənclər üçün kibertəhlükəsizlik üzrə təlimlər" layihəsinə start verilir. 

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının tərəfdaşlığı ilə "Gənclər üçün kibertəhlükəsizlik üzrə təlimlər" layihəsi həyata keçiriləcək.

Layihə çərçivəsində:

 İştirakçıların kompüter elmləri yönümlü potensiallarının aşkarlanması;

 Gənclərə kibertəhlükəsizliyin əsas funksiyalarının və mahiyyətinin aşılanması;

 Texnologiya və innovasiya sahəsində əsas yer tutan kibertəhlükəsizliyin inkişaf etdirilməsi kimi mövzuları əhatə edəcək.

Qeyd edək ki, layihədə 16-26 yaş aralığında qeydiyyatdan keçmiş və foruma əsasən uğurlu hesab edilən 25 gənc iştirak edəcək.

Son qeydiyyat tarixi: 17 oktyabr, saat 23:59

Qeydiyyat linki:

https://bitly.cx/Gx21

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.