Bank of Baku ASC, İnsan Resursları departamenti, Təlim və inkişaf bölməsinin ekspert /aparıcı eksperti vəzifəsi üzrə vakansiya elan edir:
 
Tələblər

-Ali təhsil (İqtisadi/İdarəetmə təhsil üstünlükdür);
-Dil bilgisi: Azərbaycan dili - əla (Rus dili – üstünlükdür);
-MS Office (Word, Excel, MS Power point) proqramları ilə işləmək bacarığı;
-Analitik düşünmə qabiliyyəti;
-Yüksək səviyyədə şifahi özünüifadə və komunikasiya bacarığı:

Əsas vəzifə və öhdəliklər

-Təlim və inkişaf proseslərinin qurulması;
-Təlim ehtiyaclarının yığılması və analizi;
-Təlim büdcəsinin for

malaşdırılması və rəhbərliyə təqdimi;
-Təlim və digər növ tədbirlərin təşkili;
-Təlimin effektivliyinin dəyərləndirilməsi;
-Müxtəlif növ sorğuların təşkili;
-Adaptasiya prosesinin təşkili və icrası;
-Təlim və inkişaf prosesləri üzrə layihələrdə iştirak;
-Vəzifələr üzrə səriştəlilik profilinin qurulması:
 
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu (subject) bölməsində, “Təlim və inkişaf” qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.