“Marketinq müdiri” vakansiyası üzrə namizəd axtarışındayıq!



Vakansiya haqqında:

İş yeri: Xırdalan ərazisi
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında

Vəzifə öhdəlikləri:

Şirkətdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;
Marketinq planlaması, işlərin təşkili, nəzarət və idarəetmə;
Şöbənin işinin təşkili və komandanın səmərəli fəaliyyətinin təmin edilməsi;
Şirkətin kommersiya və satış strukturlarının hədəflərinə nail olması istiqamətində müvafiq marketinq kommunikasiyaları işlərinin təşkili və büdcənin idarəedilməsi;
Bazar araşdırmaları və marketinq təhlili prosesinin təşkili və müvafiq qərarvermə strukturlarının vaxtlı-vaxtında zəruri məlumatlarla təmin edilməsi;
SEO və SEM üzrə praktik biliklər;
CRM proseslərinin səmərəliliyinin təmin edilməsi.

Təhsil v

ə iş təcrübəsi:

İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil 
Müvafiq sahədə ən azı 5illik iş təcrübəsinə( 3 il rəhbər olaraq), 
Xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq 
Komanda vasitəsilə idarəetmə bacarığı.
Marketinq sahəsində sertifikatların olması üstünlükdü.

Bilməlidir:

Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək bacarığı;
Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı;
Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
MS Office (Word, Excel) biliyi yaxşı səviyyədə.

Təminatlar:

Telefon limiti
Servis xidməti
Nahar şirkət tərəfindən verilir

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin. Movzu hissəsinə “Marketinq müdiri” qeyd etməyi unutmayın.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.