AVRORA MMC “İnsan Resursları üzrə Mütəxəssis" vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri :

·     E-gov portalında əməliyyatların icra edilməsi;
·     Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin daxil edilməsi;
·     Nizam-intizam qaydalarına əsasən rəsmi sənədlərin hazırlanması;
·     Şirkətin kadr işləri üzrə sənədləşmə prosesinin idarə edilməsi;
·     İşçilərin şəxsi işlərinin hazırlanması və formalaşdırılması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişikliklərin qeyd edilməsi;
·     Əmək qanunvericiliyinə, əsasnaməyə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyin, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarının rəsmiləşdirilməsi;
·     Əmək müqavilələrinin doldurulması və tərəflər arasında imzalanmasına nəzarət edilməsi;
·     Əmas altsistemi portalı ilə işlənilməsi;
·     Kadrların aylıq uçot-tabellərinin icra edilməsi;
·     Əməkdaşların İR ilə əlaqədar sənədlərinin hazırlanması;
·     Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar :

·       Azərbaycan Respublikasının Əmək Məcəlləsi biliklərinə malik olmalı (mükəmməl səviyyədə);
·       Sənədləşmə və yazışma işlərini aparmaq qabiliyyəti;
·       MS Office kompüter proqramlarından istifadə et

mək bacarığı;
·       Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
·       Elektron Hökumət Portalında işləmə bacarıqları;
·       Bəy namizədlərə üstünlük veriləcəkdir.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

·       Təhsil: Ali;
·       İş təcrübəsi: 2-3 il;
·       Yaş həddi: 22-40;
·       Kompüter bilikləri: MS Office (Excel, Word və digərləri);
·       SAP proqramı üzrə işləmək bacarığı üstünlükdür;
·       Dil bilikləri: Azərbaycan dili mükəmməl (Rus və ingilis dilini bilməsi üstünlükdür).

İş şərtlərimiz :

·       İş qrafiki: Tam iş günü (5 gün);
·       İş saatları: 09:00-18:00;
·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik :

·       Əmək bazarında rəqabətli əməkhaqqı;
·       İşçilərə qayğı proqramı;
·       Peşəkar komanda mühiti;
·       Nahar;
·       Şirkət hesabına korporativ nömrə;
·       Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.