Azərbaycan müəllimi” qəzeti Şəki-Zaqatala, Mil-Muğan və Quba-Xaçmaz üzrə regional təmsilçi axtarır!

 

Tələblər:

 Ali təhsil;

 Media sahəsində təcrübə;

 Təhsil sahəsində məlumatlılıq;

 Məsuliyyətlilik, komandada işləmək bacarığı;

 Sosial şəbəkələrdən, media alətlərindən effektiv istifadə etmək bacarığı;

 Azərbaycan dilinin yazı qaydalarını yüksək səviyyədə bilmək;

 Xarici dil biliyi arzuolunandır.

Vəzifə və öhdəliklər:

 Təhsil sahəsi üzrə müxtəlif janrlarda yazılar hazırlayıb göndərmək;

 Tədbirlərdə iştirak etmək və oradan xəbərlər hazırlamaq;

 Təhsil qurumlarının fəaliyyətini və təhsil gündəmini nəzərdə saxlamaq, bu sahədə aktual məsələlərə çevik reaksiya vermək.

CV-lərinizi mövzu hissəsində müvafiq regionun adını qeyd etməklə  [email protected] poçt ünvanına göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət üçün son tarix: 30 sentyabr 2024-cü il.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.